Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ermənistan Türkiyə ilə sərhəddəki Axurik keçid məntəqəsini nəzarətə götürməyə hazırlaşır

Ermənistan hakimiyyəti yaxın gələcəkdə Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini geri çəkmək niyyətindədir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Axurik keçid məntəqəsinin Ermənistan tərəfinə təhvil verilməsi qərarı artıq verilib və orada bayraq dirəyi ucaldılıb. Lakin qeyd olunur ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.

"Digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsində tikinti işlərinə başlayıb. Birlikdə atılan bu addımlar, eləcə də Axurik keçid məntəqəsinin istifadəyə verilməsi gözlənilən addımlar tərəflərin yaxın gələcəkdə sərhədi açmaq üçün ciddi niyyətlərini göstərir", - deyə nəşr qeyd edir.

Best coffeeshop in Berlin