ABL-da 13-cü tur start götürür
Bu gün kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026-ci illər mövsümündə sayca 13-cü tura start veriləcək.
ABF-dən verilən məlumata görə turun ilk oyunu bu gün Lənkərandakı Olimpiya İdman Kompleksində yerli "Lənkəran"la "Naxçıvan" arasında olacaq.
Yanvarın 17-də isə saat 13:00-da Bakı İdman Sarayında "ORDU" ilə "Sərhədçi" üzləşəcək. Saat 14:00-da Gəncə Olimpiya İdman Kompleksində eyniadlı klub "Neftçi"ni, saat 19:00-da isə Sumqayıt OİK-də yerli "Sumqayıt" Qubanın eyniadlı klubunu qonaq edəcək.
Hesabat turuna yanvarın 18-də baş tutacaq "Sabah" - "Şəki" (Bakı İdman Sarayı, saat 15:00) və "NTD Baku" - "Abşeron Lions" (Bakı İdman Sarayı, saat 18:00) oyunu ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


