Azərbaycan futzal milli komandasında kadr dəyişiklikləri baş verib
22 və 24 yanvar tarixlərində Danimarka ilə təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirəcək Azərbaycan futzal milli komandasında dəyişiklik edilib.
"Neftçi"nin oyunçusu Fərid Atakişiyev nə təlim-məşq toplanışında, nə də qarşıdakı oyunlarda iştirak edə bilməyəcək.
Futzalçının iştirak etməməsinin səbəbi kimi ailə səbəbləri göstərilib.


