20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçiriləcək
Yanvarın 19-da Beynəlxalq Muğam Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçiriləcək.
AZpress.AZ xəbər verir ki, tədbir “İRƏLİ” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq.
Tədbirdə fotomüxbir, jurnalist Rasim Sadıxovun 20 Yanvar faciəsi zamanı çəkdiyi fotolardan ibarət sərgi nümayiş olunacaq və gənc musiqiçilərin ifasında dillər əzbəri olan xalq mahnılarımız, eləcə də görkəmli Azərbaycan bəstəkarlarının musiqi əsərləri təqdim olunacaq.
Anım tədbirinin keçirilməsində əsas məqsəd 1990-cı ilin 20 yanvar gecəsində azadlıq və müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, bu faciənin tarixi mahiyyətini gənc nəsilə çatdırmaq və milli yaddaşın qorunmasına töhfə verməkdir.


