Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

2025-ci il güləşçimiz üçün uğurlu olub

Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilərimizin 2025-ci ildə əldə etdikləri uqurla bağlı maraqlı açıqlama verib. Məlumata görə, ötən il pəhləvanlarımız müxtəlif yaş qrupları üzrə təkcə dünya çempionatlarinda ümumilikdə 35 (11-6-18) medal qazanıblar. Bu medallardan 13-ü (5-3-5) yunan-Romaçıların, 14-ü (2-2-10) sərbəst güləşçilərin, 3-ü (1-2-0) qadınların, 5-i (4-0-1) isə çimərlik güləşçilərinin payına düşüb. Klassiklərimizin çıxışı daha diqqətçəkən olub. Belə ki, yunan-Roma güləşi üzrə əsas yığma komandamiz komanda hesabında mundialda ikinci olub. U-23 və U-20 millimiz, eləcə də çimərlik güləşi üzrə U-17  yığma komandamız dünya çempionatında üçüncü olub. 

Ötən il dünya çempionu adını qazanan güləşçilərimiz bunlardır (11 nəfər):

Ülvi Qənizadə, Elmir Əliyev, Ziya Babaşov, Kənan Heybətov, İbrahim Yusubov, Vüsal Əliyev, Ayxan Cavadov, Hüseyn İsmayılov, Əli Nəzərov, Ülviyyə Musayeva və Nihad Süleymanlı. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin