Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Şəhidlərin xatirəsinə

Vətən qara geyinib, matəm libasındadır!

Xalqın qanın tökənlər xalqın arasındadır!

Azərbaycan oğlunun, qızının yasındadır!

Dərdimi öz bağrıma basmışam, Azərbaycan!

Şəhidlərin qəbrini ürəyimin başında

                              qazmışam, Azərbaycan!

 

Mən saxlaya bilmirəm gözlərimin yaşını!

Düşmən yaralayıbdır ürəyimin başını!

Anamın naləsini, bacımın qarğışını

Xalqımın tarixinə yazmışam, Azərbaycan!

Şəhidlərin qəbrini ürəyimin başında

                            qazmışam, Azərbaycan!

 

Ey şəhid qardaşlarım! Qoy ruhunuz şad olsun!

Yetmiş illik dostumuz bir dəfəlik yad olsun!

Yandırın biletləri!

Faşist partiyasından canımız azad olsun!

Bəsdi! Səbrim tükəndi! Daşmışam, Azərbaycan!

Şəhidlərin adını qanlı küçələrimə

                              yazmışam, Azərbaycan!

 

Düşmən qanla suladı Azadlıq meydanını!

Güllələrlə deşdilər igidlərin canını!

Gəl səbirlə gözləyək biz intiqam anını!

Xəyalımda qaniçən cəlladların cəsədin

                            asmışam, Azərbaycan!

Vətənimin haq səsin,

Anaların naləsin ürəyimin başına

                            yazmışam, Azərbaycan!

Məmməd Əvəzoğlu. 21.01.1990.

Best coffeeshop in Berlin