Qar voleybolu üzrə ölkə kuboku keçiriləcək
24-25 yanvar günlərində Şahdağ Turizm Mərkəzində kişi və qadın voleybolçular arasında qar voleybolu üzrə ölkə kuboku keçiriləcək. İki gün davam edəcək və sayca ikinci dəfə keçiriləcək bu turnirdə 5 qadın və 4 kişi komandası mübarizə aparacaq. Reqlamentə görə komandalar dairəvi sistem üzrə mübarizə aparacaq və sonda toplanılan xallar əsasında qalıb və mükafatçılar müəyyənləşəcək.
Yeri gəlmişkən, qadınların yarışında "Gəncə", "AZERRAİL", Milli, Milli-2 və "Qaraqaya" klubu, kişilərin analoji yarışında isə "Gənclər", "Qaraqaya", "Baku Fires" və "AZERRAİL" klubu medallar uğrunda yarışacaq.
İNTİQAM Məmmədov


