Boksçuların ölkə çempionatı keçiriləcək
Yanvarın 22-də Bakı Boks Mərkəzində böyüklər (kişi və qadın) arasında boks üzrə seçmə xarakterli Azərbaycan çempionatına start veriləcək. ABF-dən verilən məlumata görə yanvarın 28-dək davam edəcək bu çempionatda 31 komandanı təmsil edən 170-dək dəri əlcək ustası rinq döyüşünə çıxacaq. Reqlamentə görə, kişilər 10, qadinlarsa 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.
Çempionatda ölkənin nüfuzlu boksçuları rinqə çıxacaqlar. Ona görə də çempionatın gedişi gərgin döyüşlərlə yadda qalacaq.
Qeyd edək ki, çempionatın açılış mərasimi saat 12:00-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq.
Bir məqamı da qeyd edək ki, baş hakimi Anar Babayev olan çempionatında döyüşləri yerli həkimlərlə yanaşı, Əlcəzair, Mərakeş, Argentina, Braziliya, Bolqarıstan və Kubada olan referilər idarə edəcəklər.
İNTİQAM Məmmədov


