20 Yanvar faciəsinin 36-cı ildönümü – MASALLIDA
Masallı rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
“AZpress.AZ” İnformasiya Agentliyinin xüsusi müxbiri xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB-nın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Mərasimdə rayon rəhbəri çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində xüsusi yer tutur, şəhidlərin qəhrəmanlığı və fədakarlığı dərin hörmətlə xatırlanır: «20 Yanvar hadisələri xalqımızın milli birliyinin, mübarizə əzminin və müstəqil dövlət qurmaq iradəsinin təzahürü olmaqla yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik nümunəsidir. Şəhidlərin xatirəsi daim uca tutulur və heç zaman unudulmayacaq...”
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.


