Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı hesabat xarici laboratoriyalar tərəfindən müayinə edildikdən sonra dərc olunacaq.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev məlumat verib.
"Faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq. Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib. Modul avionika qurğusu müayinə üçün amerikalı bir layihələndiriciyə göndərilib", - deyə o izah edib.


