Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Zaqreb Open"-də ölkəmizi kimlər təmsil edəcək

4-8 fevral aralığında Xorvatiyanın paytaxtı Zaqrebdə qadın güləşçilər arasında 2026-ci ilin ilk reytinq xarakterli turniri - "Zaqreb Open" keçiriləcək. Beş gün davam edəcək bu turnirdə Azərbaycan 7 güləşçi ilə təmsil olunacaq. Həmin yeddilikdə Elnurə Məmmədova, Əsmər Cankurtaran (hər ikisi 50 kq), Nərgiz Səmədova (53 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (68 kq) və Zəhra Kərimzadə (72 kq) yer alıb.

Yeri gəlmişkən, yunan-Romaçıların və sərbəst güləşçilərin analoji turniri isə fevralın 25-dən martın 1-dək Tiranada keçiriləcək (Muhamet Malı Memorialı).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin