Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində  tanınmış  şair, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün 100 illik yubileyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada hazırlanan “Mən bu ömrü yaşadım” adlı videoçarxda ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlayan şairin həyat və yaradıcılığı haqqında məlumat verilir. Videoçarxda M.Gülgünün bir neçə kitabı nümayiş olunur, görkəmli şəxsiyyətlərin Mədinə Gülgün haqqında fikirləri təqdim olunur. İzləyicilərə şairin təltifləri və haqqında çəkilmiş filmlər haqqında da məlumat verilir.
Videoçarx bəstəkar Cavanşir Quliyevin Mədinə Gülgünün sözlərinə bəstələdiyi “Məhəbbət olmayanda”, “Sən gəlməz oldun”, “Apar məni” mahnıları ilə müşayiət olunur.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Mədinə Gülgünün yubileyinə həsr olunmuş kitab sərgisi təşkil olunub.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib: 

Best coffeeshop in Berlin
https://youtu.be/xoerHL0EnIQ