Futbol qana boyandı: 11 ölü
Naməlum silahlı şəxslər Meksikanın Quanaxuato əyalətinin Salamanka şəhərində meydançada insanlara atəş açıblar.
Mer Sezar Prieto hücum edənlərin futbol matçının sonunda gəldiyini bildirib. On bir nəfər ölüb. Yaralılar arasında bir qadın və yetkinlik yaşına çatmayan var.
Prieto hadisəni "cinayət dalğası"nın bir hissəsi adlandırıb və zorakılıqla mübarizədə kömək üçün prezident Klaudiya Şeynbauma müraciət edib. Ştat prokurorluğu araşdırmaya başlayıb və federal hakimiyyət orqanları ilə əlaqələndirmə işləri aparır.


