Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İndi də oğul Marselo "Real"da

Madridin "Real" klubunun sabiq müdafiəçisi Marselonun 16 yaşlı oğlu Marselo Entso Alves atasının köhnə klubu ilə müqavilə bağlayıb. Bu onun futbolçu kimi ilk peşəkar müqaviləsidir. Qeyd edək ki, meydanda ampulasi hücumçu olan Entso Alves İspaniyanın U-17 millisinin kapitanıdır. O, millidə meydana çıxdığı 10 oyunda rəqib qapısına 3 qol vurub. 

Ata Marseloya gəlincə, o, 2007/2022-ci illərdə "Kral klubu"nun heyətində çıxış edib. Bu illər ərzində, ata Marselo 10 dəfə İspaniya çempionu, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin