Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Hisslərin rəngi" adlı sərgi keçirildi +FOTO=38

28.01.2026-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Shatu Art Qrupunun, kurator Turan İlhamın təşkilatçılığı ilə  "Hisslərin rəngi" adlı sərgi keçirildi.

Sərgidə autizmli və daun sindromlu uşaqların rəsm nümayiş etdirildi.

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hossam Eldin Reda sərginin açılışını etdi. Mərkəzin müdiri Tarek Mohammad qonaqları salamlayaraq onlara öz dərin təşəkkürünü bildirib.

Səfir cənab Hossam Eldin Reda belə bir tədbirin təşkilinin sağlamlıq məhdudiyyətli uşaqlara dəstək olunduğu üçün məmnun qaldığını dönə-dönə vurğulamışdır.

Tədbirin sonunda səfir fəal iştirakçılara və dəstək verənlərə xüsusi təşəkkürnamələr təqdim edilərək, onların töhfələri qiymətləndirilib.

Hisslər və duyğular tez-tez müəyyən rənglərlə assosiasiya olunur, bu da onların insan psixikasına təsirini əks etdirir.

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin