Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Velosipedçilərimiz Türkiyə toplanışına yollanıblar

Azərbaycanın şose velosipedi üzrə Elit və U-23 milli komandasının üzvləri dünən baş məşqçi Vladimir Busanskiy və məşqçi Elçin Əsədovun rəhbərliyi altında Türkiyəyə yollanıb. AVİF-dən verilən məlumata görə, bu səfər komanda üzvlərinin 2026-cı ildə keçirilməsi nəzərdə tutulan TMT-nin (təlim-məşq toplanışı) bir hissəsidir. Qeyd edək ki, fevralın 16-dək davam edəcək bu TMT-yə yığma üzvlərindən Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenko cəlb edilib.

Onu da qeyd edək ki, yığmamız bu ərəfədə UCİ-nin (Beynəlxalq Velosipedçilər İttifaqı) bayraqı altında Alaniya və Antalyada keçiriləcək beynəlxalq turnirlərə də qatılacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin