Zelenski Rusiya ilə qismən "barışıq"ı təsdiqlədi
Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Ev Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin donma temperaturunda Kiyevi atəşə tutmamağa razılıq verdiyi barədə açıqlamasına münasibət bildirib.
"Enerji həyatın təməlidir və tərəfdaşlarımızın həyatları qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Təşəkkür edirəm, Prezident Tramp! Əmirliklərdəki komandalar bunu müzakirə etdilər. Razılaşmaların həyata keçirilməsini gözləyirik", - deyə Ukrayna Prezidenti Trampa soyuq hava şəraitində Ukrayna şəhərlərinin təhlükəsizliyini təmin etmək səylərinə görə təşəkkür edərək bildirib.
O, həmçinin əlavə edib ki, gərginliyin azaldılması addımları müharibənin sona çatması istiqamətində real irəliləyişlərə töhfə verir.


