Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılıb
2025/2026-cı il mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində keçirilib.
Püşkatmanın nəticələrinə əsasən, Çempionlar Liqasının növbəti mərhələsində aşağıdakı oyunlar oynanılacaq:
Portuqaliyalı Benfika yenidən İspaniya nəhəngi Real Madrid ilə qarşılaşacaq.
"Monako" "Paris Sen-Jermen" (PSJ) ilə qarşılaşacaq.
Azərbaycanın "Qarabağ" komandası İngiltərənin "Nyukasl Yunayted" klubu ilə qarşılaşacaq.
Norveçli Bodo Qlimt İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq.
Türkiyənin "Qalatasaray" komandası İtaliyanın "Yuventus" komandası ilə qarşılaşacaq.
Almaniyanın "Borussiya Dortmund" komandası İtaliyanın "Atalanta" komandası ilə qarşılaşacaq.
Belçikanın "Brügge" klubu İspaniyanın "Atletiko Madrid" klubu ilə qarşılaşacaq. Yunanıstanın "Olimpiakos" komandası Almaniyanın "Bayer" komandası ilə qarşılaşacaq.


