Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Romaçılar Göygöldə toplaşıblar

Azərbaycanın yunan-Roma güləşi üzrə əsas  yığma komandası yanvarın 30-da Göygöldə növbəti təlim-məşq toplanışına (TMT) start verib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, fevralın 8-dək davam edəcək toplanışa 37 güləşçi cəlb edilib. Qeyd edək ki, iranlı baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzirətipur və Rəsul Cazinin rəhbərliyi altında keçən bu toplanışda əsasən güləşçilərin fiziki hazırlıq və taktiki-texniki səviyyənin artırılmasına fikir veriləcək. 

Yeri gəlmişkən, bu TMT  fevralın 25-dən martın 1-dək Tiranada (Albaniya) keçiriləcək ilin ilk reytinq xarakterli turnirinə hazırlıq xarakteri daşıyır. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin