Sərbəst güləşçilər arasında ilk finalçılar müəyyənləşib
Fevralın 3-də Gəncə Olimpiya İdman Kompleksində 20 yaşlı (U-20) idmançılar arasında güləşi üzrə startı verilən Azərbaycan birinciliyi davam edir. Birinciliyin 5 yanvar gününə təsadüf edən üçüncü günü çəkisi 57, 65, 74, 86 və 97 kq olan sərbəst güləşçilər mübarizəyə qatılıblar. Günün sonunda isə sərbəst güləş üzrə ilk 5 çəki dərəcəsində finalçılar müəyyənləşib:
57 kq-da:
Məhəmməd İsmayılov (Neftçi) - Sədrəddin Həsənov (FHN);
65 kq-da:
Ağa Qasımov (Neftçi) - Bəşir Verdiyev (Neftçi);
74 kq:
Nurlan Ağazadə (Neftçi) - İsmayıl Rəhimli (Neftçi);
86 kq:
Məhəmməd Abbaszadə (Neftçi) - Qəzənfər Kazımlı (Təhsil);
97 kq-da:
Ayxan İmanov (Təhsil) - Fərhad Süleymanlı (Neftçi).
Maraqlıdır ki, 10 finalçıdan 7-si "Neftçi" İdman cəmiyyətinin təmsilçiləri olub.
İNTİQAM Məmmədov


