"Mossad" agentləri ilə əlaqədə şübhəli bilinən şəxslər həbs edilib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrail kəşfiyyat agentliyi "Mossad" ilə əlaqəsi olduğu müəyyən edilmiş iki şəxsi saxlayıb.
Monitum əməliyyatı İsrail kəşfiyyatında çalışdıqları aşkarlanan Mehmet Budak Derya və Veysel Kerimoğlunu hədəf alıb. Hər ikisi həbs edilib.
Mədən mühəndisi olan Mehmet Budak Deryanın 2013-cü ildə mərmər ticarəti fəaliyyəti vasitəsilə İsrail kəşfiyyatı ilə əlaqə qurduğu və sonrakı illərdə müxtəlif ölkələrdə bir sıra gizli görüşlər keçirdiyi bildirilir.
İsrail kəşfiyyatının göstərişi ilə Derya daha sonra Veysel Kerimoğlunu işə götürüb.
Hər iki şəxs topladıqları məlumatları mütəmadi olaraq İsrail tərəfinə ötürüb. Hazırda araşdırma aparılır.


