Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərbəst güləş üzrə Azərbaycan birinciliyində ilk çempionlar bəlli olub

Fevralın 3-də Gəncə Olimpiya İdman Kompleksində "My Group" Holdinqin sponsorluğu və "AzerGold" şirkətinin fəxri sponsorluğu ilə 20 yaşlı (U-20) idmançılar arasında keçirilən güləş üzrə Azərbaycan birinciliyi davam edir. Birinciliyin dördüncü günü çəkisi 57, 65, 74, 86 və 97 kq olan sərbəst güləşçilər arasında həlledici final görüşləri keçirilib və ölkə çempionları bəlli olub. AGF-dən verilən məlumata görə, bütün görüşlərini qələbə ilə başa vuran Muhəmməd İsmayılov (57 kq, Neftçi İC), Bəşir Verdiyev (65 kq, Necti İC), Nurlan Ağazadə (74 kq, Neftçi İC), Məhəmməd Abbaszadə (86 kq, Neftçi İC) və Fərhad Süleymanlı (97 kq, Neftçi İC) ölkə çempionu adını qazanıb. Maraqlıdır ki, qaliblərin hamısı "Neftçi" İS-nin təmsilçisidir.

Bu gün isə daha beş çəki dərəcəsində finalçılar müəyyənləşib. 

Fevralın 7-də həmin finallar baş tutacaq və bununla da U-20 yarışına yekun vurulacaq və bunun ardından meydan U-15 və U-17 qızların ixtiyarına veriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin