Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Bakı Hərbi Məhkəməsi sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, terrorizmin maliyyələşdirilməsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə yekun hökm çıxarıb.

Məhkəmə iclasına hakim Zeynal Ağayevin sədrliyi və hakimlər Camal Ramazanov və Anar Rzayev (ehtiyat hakim Günel Səmədova ilə birlikdə) qatılıblar.

Təqsirləndirilən şəxsə ana dili olan rus dilində tərcüməçi və dövlət tərəfindən maliyyələşdirilən müdafiə vəkili təmin edilib.

Dinləmədə təqsirləndirilən şəxs və onun müdafiə vəkili, bəzi zərərçəkmişlər və onların hüquqi varisləri, zərərçəkmişlərin nümayəndələri, dövlət ittihamını dəstəkləyən prokurorlar və zərərçəkmiş qismində dövlət adından çıxış edən Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov iştirak edib.

R. Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını dəstəkləyən prokuror təqsirləndirilən R. Vardanyana ömürlük həbs cəzası verilməsini təklif edib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111