Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə şəhid Samir Mikayıllının ailəsi iftar süfrəsi təşkil edib +FOTO=10

Müqəddəs Ramazan ayı münasibətilə martın 4-də şəhid Samir Mikayıllının ailəsi iftar süfrəsi təşkil edib. AZpress.AZ xəbər verir ki, iftar süfrəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələrinin üzvləri və digərləri iştirak ediblər. Burada şəhidlərin əziz xatirəsi anılıb, onların ruhuna dualar oxunub. İftar süfrəsi başa çatdıqdan sonra rayon rəhbəri şəhid ailələrini bu gözəl gündə bir araya topladığı üçün şəhid Samir Mikayıllının ailəsinə minnətarlığını bildirib.
Şəhidin atası Sabir Sultanov göstərilən diqqətə görə təşəkkür edərək, belə bir gündə hər kəsi bir süfrə başında görməkdən məmnunluğunu ifadə edib. İftar məclisi xalqımızın birliyini və şəhidlərimizə olan sonsuz ehtiramını bir daha nümayiş etdirib.

Best coffeeshop in Berlin