Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın raketka ustalarımız Avrasiya Liqasında yarışacaqlar 

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis üzrə komandası 4 nəfərlik heyətlə baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Almatıya (Qazaxıstan) yollanıb. Səfərdə məqsəd martın 12-də həmin məkanda startı veriləcək Avrasiya Liqasında iştirak etməkdir. Turnirdən sonra isə komandamız Çinin Zenq Dinq şəhərinə üz tutacaq və 15-28 mart günlərində orada təlim-məşq toplanışında (TMT) olacaq. Həmin toplantı qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyacaq. 

Yeri gəlmişkən, dörd nəfərlik heyətə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Zemfira Mikayılova və Ləman Abdulhəmidova cəlb edilib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin