Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mübariz Yunuszadə: 

Biz vətənimiz üçün savaşdıq amma insan qaldıq…

Biz insaflı millətik!

Bəli, kişi oğlu kişiyik!

Döyüş meydanında savaşdıq.

Amma körpəyə əl qaldırmadıq.

Uşaqlarımızı Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirdilər.

Beşikdəki körpəyə güllə atdılar.

Ananın gözləri önündə balasını öldürdülər.Nələr,nələr…

Bu yaralar unudulmaz.

Bu acı yaddaşdan silinməz.

Amma gün gəldi, düşmən bizim əlimizə keçdi.

Biz uşağa toxunmadıq!

İncitmədik belə.

Çünki biz insanıq.

Çünki bizdə mərhəmət var.

Çünki bizim savaşımız körpəyə qarşı deyil!

Dünyanın harasında bir uşaq öldürülürsə

onun milləti, dini, dili fərq etməz,

biz o ananın fəryadını öz fəryadımız bilirik.

Bizim ürəyimiz millət seçməz,

bizim vicdanımız sərhəd tanımaz.

Savaşlar qan gətirər.

Qan qada doğurar.

Vəhşilik vəhşiliyi bəsləyər.

Amma insanlıq qalib gəlməlidir!

Biz qisası körpədən almarıq.

Biz gücü zəifə göstərmərik.

Bizim ləyaqətimiz də, qeyrətimiz də, insafımız da var.

Və tarix bunu yazacaq:

Biz vətənimiz üçün savaşdıq amma insan qaldıq…

* * *

Rasim Babayev

Qaniçənin qəddarın milliyəti olmur,Allah hər kəsi insan olaraq dunyaya gətirib,insan böyudukcə ya həmişə Allahla bir olur,yada şeytanla və butun həyatda pisliklər edənlər yalnız şeytana xidmət edənlərdi.Qonşunu yaxşı görmək istəməyən,heç kimə yaxşılığ etməyən.Çox heyfki hər iki eyni həyatda yaşayıb bir dunyada nəfəs alır

 

Mubariz Yunuszade

Rasim Babayev Mənfur qonşu hər zaman təhlükəlidir.

O fürsət tapan kimi xislətini yerinə yetirir.

Bizdə hər zaman mərdi mərdanə savaşmağı bilirik!!!

 

Gulshen Huseynova

Allah rəhmət eləsin. Ürəyimiz ağrayır. Uşaqlar bir çicəkdir, tər çiçək! Çiçək yorğana bürünmüş gül balalar, nur içində uyuyun!

 

Habibe Aliyeva

ÇİÇƏYİ BURNULARINDA BU FAĞIRLARIN:(CƏNNƏT MƏKAN COCUQLAR,NUR İÇİNDƏ UYUSUNLAR!!!

 

Mahire Veliyeva

Bunların hamısı şəhiddir. Allah rəhmət eləsin, məkanları cənnət olsun, İnşallah.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Best coffeeshop in Berlin