Qadın millimiz Avrasiya Liqasında debütünü "gümüş"lə qeyd edib
Qazaxıstanın Almatı şəhərində stolüstü tennis üzrə keçirilən və Azərbaycanin qadın millisinin ilk dəfə iştirak etdiyi Avrasiya Liqasında birinci tura yekun vurulub. Baş məşqçisi Fərhad İsmayılov və heyəti Aylin Əsgərov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova dördluyundən ibarət olan Azərbaycan millisi bu yarışa ilk dəfə qatıldığı üçün özünü ikinci liqada sınayıb. Finala qədər keçirdiyi 7 oyunun hamısını qələbə ilə bitirən millimiz yalnız həlledici finalda Özbəkistan komandasına uduzmaqla çıxışını ikinci yerdə başa vurub. Bununla da Azərbaycan millisi sözügedən turnirdə debütünu "gümüş"lə qeyd edib.
4 turdan ibarət olan turnirin reqlamentə görə, sonda ilk iki yeri tutan komanda Avrasiyanın Yüksək Liqasında iştirak etmək hüququ qazanacaq.
İNTİQAM Məmmədov


