Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc klassiklərimiz AÇ-yə iki medalla başlayıblar

Serbiyanın Zrenyanin şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilər və qızlardan sonra yunan-Romaçılar mübarizəyə qatılıblar. AÇ-nin 6-ci günü yunan-Romaçılardan ikisi mükafat qazanıb, həmin gün mübarizəyə qatılan daha 5 guləşçimizdən isə biri finala yüksəlib.

Mükafatçılar sırasında yer alan təmsilçilərimizdən Fərid Sadıxlı (55 kq) çıxışını ikinci pillədə bitirməklə gümüş, İlkin Qurbanovsa (63 kq) üçüncü yeri tutmaqla bürünc medal qazanıb.

Mübarizəyə son qoşulan bəs təmsilçimizdən isə Emin Əliyev (82 kq) finLa yüksəlib. O, finalda gürcüstanlı Ternike Mikeladzeylə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin