Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın basketbol millimiz FİBA Çempionlar Kubokunda ikinci olub

Taylandda qadınlar arasında 3x3 basketolu üzrə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi FİBA Çempionlar Kubokuna yekun vurulub. Sözügedən turnir heyəti Afrika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Barianna Freyzerdən ibarət olan Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, turnirin "B" qrupunda Tailand, Kanada və İspaniya yığma komandası ilə birlikdə  yer alan millimiz qrupda ikinci yeri tutaraq 1/4 finala yüksəlib. Daha sonra bu mərhələni də uğurla başa vuran Azərbaycan millisi 1/2 finalda basketbolun vətəni sayılan ABŞ komandası minimal hesabla (22:20) üstələyərək, finala yüksəlib. Təəssüflər olsun ki, millimiz həlledici finalda Hollandiya komandası ilə bacarmayıb - 12:21.

Beləliklə də, Azərbaycan ilk dəfə qatıldığı turniri ikinci yerdə bitirməklə yeni tarix yazıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin