Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın millimiz səfərdə Montoneqroya uduzub 

Dünən qadın basketbolçular arasında klassik basketbol üzrə EuroBasket Women -2027-nin seçmə qrup oyunları çərçivəsində sayca ikinci olan növbəti turun oyunları keçirilib. Tur çərçivəsində Azərbaycan millisi Monteneqroda yerli komandanın qonaqi olub. Oyun əvvəlcədən gözlənildiyi kimi ev sahiblərinin qələbəsi ilə bitib - 94:35 (22:7, 20:8, 27:12, 25:8).

Xatırladaq ki, bundan iki gün öncə isə qadın millimiz Bolqarıstanda ev sahibinə uduzub - 120:40 (34:12, 24:13, 31:5, 31:10).

Millimiz qrupda növbəti matçını martın 17-də Bakı İdman Sarayında Ukrayna komandasına qarşı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin