Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AHİTA məktəblilərin şahmat yarısını keçirib

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyi (AHİTA) qarşıdan gələn Novruz Bayramı münasibətilə məktəblilər arasında şahmat üzrə təsnifat turniri keçirib. Üç gün davam edən turnirdə iştirakçılar 2-ci, 3-cü və 4-cü dərəcələr uğrunda mübarizə aparıblar. 2-ci dərəcə uğrunda yarışda ilk 3 yeri müvafiq ardıcıllıqla İsmayıl Əlizadə, Atilla Xudaverdiyev və Nigar Şirinzadə tutub.

Üçüncü dərəcə uğrunda birinci yerə Məhəmməd Əsədov, növbəti iki yerə isə İbrahim Nərimanlı ilə Ağəli Nəcəfov sahib olub.

Dördüncü dərəcə uğrunda yarışda isə Nuran İbrahimov, Nəriman Məmmədzadə və Fuad Qaçayev fərqlənib.

Yarışın sonunda hər üç dərəcə üzrə qalib və mükafatçılar Təşkilat Komitəsi tərəfindən müvafiq kubok, medal və diplomlarla təltif olunublar. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin