Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da 19-cu tura yekun vurulub 

12-15 mart günlərində kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm çempionatın 19-cu turun oyunları keçirilib. Turun maraqlı məqamlardan biri qruplar ("A" və "B") qruplar üzrə 4 klubun son turdan asılı olmayaraq pley-offa vəsiqə qazanmasi olub. "A"qrupundan lider "Sabah" (37 xal) və onun ən yaxın izləyicisi olan "Abşeron Lions" (36 xal) klubu,  "B"dən isə lider  "ORDU" (36 xal) və ikinci yeri tutan "Naxçıvan" (34; xal) klubu birbaşa pley-offa vəsiqə qazanıb.

Turda qruplar üzrə nəticələr belə olub: 

"A" qrupunda:

"Gəncə" - "Sabah" - 73:87;

"Abşeron Lions" - "Neftçi" - 107:86;

"NTD Baku" - "Şəki" - 101:84.

 

"B" qrupunda:

"Naxçıvan" - "Sərhədçi" - 83:67;

"Sumqayıt" - "ORDU" - 98:121;

"Lənkəran" - "Quba" - 88:95.

Müntəzəm çempionata 20-ci turla yekun vurulacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin