Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

BMT nəyə lazımdır?

Mən bir ziyalı kimi dünyada baş verən hadisələrə dair həmişə fikirlərimi paylaşıram. Sadəcə olaraq söz yazıram.Heç bir ölkəyə bomba atmıram.Bəzi dar düşüncəlilər, kor fanatiklər elə mərəkə salırlar ki, elə bil İranı Amerika-İsrail yox, mən bombalayıram. O adamlar o qədər savadsızdırlar ki, hələ dövlət, rejim, din anlayışları arasındakı fərqi belə bilmirlər. Heç bir vicdanlı adam, dünyanın harasında olursa olsun, dinc insanların faciəli ölümünə, yurdsuz-yuvasız qalmasına sevinə bilməz! İranda qətlə yetirilən məktəbli balaların faciəsi məni də yandırır. Onu törədənlərə mən də lənət yağdırıram! Qulağımızın dibində hər gün fəlakət yaşanır və bu od-alov hər gün geniş miqyas alır. Bu muharibə bizim sərhəddimizi keçməsə də, tezliklə ərzaq qıtlığı, qaçqın axını gəlib boğazımıza dirənə bilər.

Ağılları ilə İrana baxanlar bilirlər ki, Sepah həm İran üçün, həm də yaxın qonşuları üçün necə bir təhlükəli terror təşkilatıdır. Onlar yüz minlərlə vətəndaşlarını qətlə yetiriblər. Elə bir sepah generalı olmayıb ki, bizə hədə-qorxu gəlməsin.Bilirlər ki, bizdə İsrailin, Amerikanın bazaları yoxdur, yenə də əl çəkmirlər. Niyə? Çünkü gözləri götürmür. İçimiz özümüzü yandırır, çölümü İran generallarını.

Mən də çoxları kimi muharibənin bu səviyyəyə çatacağını güman eləmirdim. Fikirləşirdim ki, 5-6 bombadan sonra bu cinayətkar rejimi idarə edənlər pullarını götürüb qaçacaqlar (artıq qaçmağa başlayıblar).Pezeşkiyan hakimiyyəti ələ alar və əminamanlıq başlayar.Amma bu xəmir çox aparır. Sepah Pezeşkiyanı hakimiyyətə yaxın buraxmır. Bilirlər ki,hakimiyyət xalqın əlinə keçsə onlardan bir nəfərini sağ qoymayacaqlar. Ölüm ayağında olan bu cinayətkar dəstə, haranı gəldi bombalayır.Əminəm ki, Türkiyəyə də, bizə də atacaqlar.Onlar üçün dost, qonşu məvhumu yoxdur. Ağılları olsaydı ətraflarında olan müsəlman ölkələri ilə normal münasibət qurardılar, indi bu vəziyyətə düşməzdilər. Bəli, Sepah İranı muharibə vəziyyətinə gətirib çıxartdı! Düşməni nə qədər qıcıqlandırmaq olar?!

Muharibə bitənə kimi hamısı bir-bir Amerikaya, Avropaya, elə İsrailin özünə əkiləcəklər.Çünkü əksəriyyəti ikili agentlərdir. Yadınızdan çıxarmayın ki, İsrailin işğalçılıq siyasətinə həmişə İran şərait yaradıb. İndi də şübhəm var ki, İranın dağılmasında, parçalanmasında indiki vuruşan qüvvələr maraqlıdırlar. Qurd almanı içindən yeyər.

Cənubi Azərbaycandakı qüvvələrin sakit durumu mənimçün maraqlıdır. Bu rejimə ən çox nifrət bəsləyən İran türkləridir. Amma nə keçən ilki iğtişaşlara qoşuldular, nə də indi səsləri çıxır. Bəlkə bilirlər ki, Amerika İranın parçalanmasına bu dəfə də imkan verməyəcək, necə ki, 1946- da imkan vermədi.Stalin o zaman Mircəfər Bağırova demişdi:

- Mən Azərbaycana görə üçüncü dünya muharibəsinə yol verə bilmərəm.

Bu da üçüncü dünya muharibəsi!

Amma əksini də görmək olur.Amerika kürdlər tərəfdən sərhədləri bombalayır, kürdlərə silah paylayır və İranda daxili çaxnaşmaya can atır. Bu, Türkiyənin də mənafeyinə ziddir.Deməli, Türkiyə faktoru Amerika-İsrail üçün önəmli deyil. Ehtimal var ki, Türkiyənin özü də növbəti qurbanlardan ola bilər. Bunun səbəblərindən biri də son zamanlar Ərdoğanın İsrailə və ABŞ- yə qarşı siyasətinin sərtləşməsi də ola bilər.

Yazdıqca ardı gəlir. Nə faydası var? Onsuz da Epşteynçilər öz bildiklərini edirlər. Artıq bu fəlakət axınının qarşısını ala biləcək real güc yoxdur. Müsəlman ölkələrinin birliyindən heç danışmağa dəyməz! BMT də hələ keçən əsrdə öz nüfuzunu itirib. Qarabağa dair verdiyi qətnamələrin icra olunmamasında bunu gördük. Azərbaycan 1992-ci ildən BMT-yə üzvlük haqqı verir.Əgər ABŞ, İsrail, Rusiya, hətta bu cırtdan Ermənistan öz istədiyini edirsə, onda niyə iki yüzə qədər ölkə BMT-yə pul sərf edir? Əhəmiyyətini itirmiş bu təşkilət kimə və nəyə lazımdır?

Məmməd Əvəzoğlu.04.03.2026.

Best coffeeshop in Berlin