Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masters turnirinə ölkəmiz 53 cüdoçuyla qatılacaq 

Martın 20-dən 23-dək Almaniyanın Berlin şəhərində 18 (U-18) və 21 (U-21) yaşlı cüdoçular arasında Beynəlxalq Masters Turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan 53 cüdoçuyla təmsil olunacaq.

U-21 komandaya gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli,  yeniyetmə oğlanlardan ibarət U-18 millimizə isə komandamızın baş məşqçisi Emin İsgəndərovla məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin