Qadın basketbol millimiz evdə Ukrayna komandasına uduzub
Dünən qadın basketbolçular arasında "FİBA Women's EuroBasket -2027"-nin seçmə qrup oyunları çərçivəsində üçüncü turun oyunları keçirilib. Turnirin "B" qrupunda yer alan Azərbaycan millisi doğma divarlar arasında Ukrayna yığmasını qəbul edib. Təəssüflər olsun ki, millimiz ilk iki turda olduğu kimi hesabat turunda da meydanı məğlub durumda tərk edib. Bakı İdman Sarayında baş tutan oyunda millimiz 55:73 (6-18, 17:21, 16:20, 16:14) hesabla məğlub olub.
Xatırladaq ki, bundan öncə, millimiz səfərdə Bolqarıstan (120:40) və Montoneqroya (94:35) uduzub.
İNTİQAM Məmmədov


