Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Bakıda boksçuların beynəlxalq TMT keçiriləcək 

Sabah Bakıdakı Boks Mərkəzində kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start  ediləcək. ABF-dən (Azərbaycan Boks Federasiyası) verilən məlumata görə TMT-də Azərbaycan, Rumıniya və Gürcüstanı təmsil edən 60-dək dəri əlcək ustası iştirak edəcək. Gürcüstan millisi toplanışa bir gün gec qatılacaq. Toplanışda əsasən boksçularda texniki-taktiki və fiziki hazırlıq səviyyəsinin artırılmasına fikir veriləcək. Boksçular gündə iki dəfə məşq edəcəklər. TMT ərəfəsində sparrinqlər də təşkil ediləcək. 

Qeyd edək ki, bu toplanış 2-7 aprel günlərində Bakıda keçiriləcək "Böyük İpək Yolu" beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin