Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi +FOTOLAR
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi.
AZpress.AZ xəbər verir ki, tədbirdə Misir və Azərbaycanın bəzi şairlərinin şeir nümunələri səsləndirildi. (Əhməd Şövqi, Hafiz İbrahim, Əhməd Rami, Faruq Guveydə, Salah Cəhin və Mikayıl Müşfiq). Eyni zamanda BDU və ADU- nun tələbələri İmam Busirinin qəsidəsindən də bir parça səsləndirdi. Çıxış edən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin müşaviri cənab Mazen Moussa tələbələrə gözəl çıxıslarına görə təşəkkür etdi.
Daha sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof.Dr.Tarek Aboul Fotouh çıxış edərək şairləri yad etdikləri üçün onlara təşəkkür etdi və poeziyanın mədəniyyətlərarası mübadilədə körpü rolunun oynadığını qeyd etdi. Sonda mərkəzin Ərəb dili müəllim Alaa Moussa çıxış edərək tələbələrin tədbirə hazırlaşarkən çox məşq etdiklərini və əziyyət çəkdiklərini qeyd edərək onlara iştirakları üçün təşəkkür etdi.


