Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pley-offda qarşılaşacaq cütlər müəyyənləşib 

Martın 19-da Gəncədəki Olimpiya İdman Kompleksində keçirilən "Gəncə" -"Abşeron" qarşılaşması ilə qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 18-ci tura və yarışların ilkin mərhələsinə yekun vurulub. Görüş ev sahibinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində "Gəncə" yekun turnir cədvəlində 4-cu pilləyə yüksəlib. 18-ci turdan sonra pley-offda üzləşəcək cütlər müəyyənləşib. Reqlamentə görə yekun turnir cədvəlində 1-ci olan sonuncu (8-ci) ilə, 2-ci yerin sahibi 7-ci ilə, 3-cu yer 6-cı ilə, 4-cü isə 5-ci ilə üzləşəcək.

Beləliklə, pley-offda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Turan" (1-ci yer) - "Murov Az Terminal" (8-ci);

"FHN Volley" (2) - "AZERRAİL" (7);

"MAA" (3) - "Abşeron" (6);

"Gəncə" (4) - UNEC (5).

Yeri gəlmişkən, pley-of oyunlarından fərqli olaraq, qızıl və bürünc medal uğrunda olan qarşılaşmalar bir  oyundan ibarət olacaq. Pley-off oyunlarına martın 27-də start veriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin