"Turan"la "DH Volley" 1/2-ə yüksəlib
Martın 2-də qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 1/4 final mərhələnin cavab oyunlarına start verilib. Həmin gün iki oyun keçirilib. Tovuzdakı Olimpiya İdman Kompleksində yerli "Turan" klubu "Murov Az Terminal" klubunu sınaqa çəkib. İlk oyunda olduğu kimi cavab oyunu da "Turan"in qələbəsi ilə bitib - 3:0 (25:17, 25:19, 25:23).
Bakı Voleybol Mərkəzində isə "DH Volley" klubu "AZERRAİL"i quru hesabla üstələyib - 3:0 (25:17, 25:21, 25:17).
Bununla da hər iki oyunu qələbə ilə başa vuran"Turan"la "DH Volley" çempionatın yarımfinal mərhələsinə yüksəlib.
Bu gün isə daha iki yarımfinal oyunu keçirəcək.
"Milli Aviasiya Akademiyası" ("MAA") evdə "Abşeron"la, "Gəncə" isə doğma divarlar arasında UNEC-lə üzləşəcək. Xatırladaq ki, ilk oyunda həm "MAA", həm də "Gəncə " rəqibini 3:2 hesabla məğlub edib.
İNTİQAM Məmmədov


