Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünya Autizm Gününə həsr olunmuş “Mavi Ürəklər” adlı sərgi keçirilib (FOTO=39)

 

3 aprel 2026-cı il tarixində Xətai Sənət Mərkəzində 2 Aprel Dünya Autizm Gününə həsr olunmuş “Mavi Ürəklər” adlı sərgi baş tutmuşdur.

AZpress.AZ xəbər veri ki, sərgidə xüsusi qayğıya ehtiyacı olan uşaqların yaratdıqları rəsm əsərləri nümayiş olunmuş, iştirakçılar diplom və sertifikatlarla təltif edilmişdir.

Tədbirin əsas məqsədi bu uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətlə daha sıx bağ qurmasına töhfə vermək olmuşdur.

Tədbirin təşkilati dəstəyinə görə Xətai Sənət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda sərginin dəstəkləyicisi, Azərbaycan Rəssamlar İttifaqı və UNESCO üzvü, dəyərli rəssam Mehriban xanım Alışovaya xüsusi minnətdarlığımızı ifadə edirik.

Layihə Şəfa üçün Sənət Beynəlxalq Təşkilatı tərəfindən təşkil olunmuşdur. Təşkilatın rəhbərləri Qəhrəmanova Elminaz və Rahim İbrahimov, həmçinin layihənin kurator və müəllifləri bu təşəbbüsün həyata keçirilməsində mühüm rol oynamışlar.
Sərgidə iştirak edən bütün uşaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Fotolar: Elnarə Əhmədova

Best coffeeshop in Berlin