Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-də yarımfinalçılar müəyyənləşib

Aprelin 19-da  kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) pley-offun 1/4 final mərhələsində keçirilən daha iki oyundan sonra bütün yarımfinalçılar müəyyənləşib. Daha tez iki qələbə qazanan komandanın qalib olması prinsipində kecirilən bu mərhələdə "Sabah', "Gəncə", "Neftçi " və "Abşeron Lions " klubu daha güclü olub və adını 1/2 finala yazdırıb. 

Bu mərhələdə keçirilən oyunların nəticəsi belədir:

"Neftçi " - "NTD Baku" - 2:1;

"Gəncə " - "ORDU " - 2:1;

"Sabah " - "Naxçıvan ' - 2:0;

"Şəki" - "Abşeron Lions" - 0:2.

Qeyd edək ki, 23-24 aprel günlərində keçiriləcək yarımfinalda aşağıdakı cütlər qarşılaşacaqlar:

"Neftçi" - "Abşeron Lions";

"Sabah" - "Gəncə" .

Daha tez 2 qələbə qazanan komanda cütün qalibi olaraq finala yüksələcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin