Azərbaycan Ermənistana yeni dizel yanacağı göndərib
Bu gün Azərbaycan Ermənistana daha bir partiya dizel yanacağı göndərəcək.
Yük daşınması 16 vaqondan ibarət olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2025-ci ilin oktyabr ayında Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etmişdi.
Azərbaycandan Ermənistana birbaşa yük daşınmaları 18 dekabr 2025-ci ildə başlayıb.
Bu günə qədər Azərbaycan Ermənistana 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac edib.
Azərbaycandan Ermənistana ən son yük daşınması 14 apreldə olub və 1298 ton dizel yanacağı daşıyan 22 vaqondan ibarət olub.


