Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Nəbi İsgəndərov DK-da ikinci qələbəsini qazanıb

Braziliyanın Fos-du-iquasiu şəhərində kişi və qadın boksçular arasında keçirilən Dünya Kuboku (DK) davam edir. Qeyd edək ki, Azərbaycanın 8 (6 kişi, 2 qadın) boksçu ilə qatıldığı turnirdə boksçumuz Nəbi İsgəndərov (70 kq) ikinci döyüşünü də qələbə ilə keçirib. 1/16 finalda türkiyəli Nicat Ekincini məğlub edən Nəbi 1/8 finalda isə Tacikistan təmsilçisi Muroqjan Aşuraliyevi mübarizədən kənarlaşdırıb - 5:0. Nəbi 1/4 finalda qazaxıstanlı Farux Toxtassunovla qarşılaşacaq.

Yeri gəlmişkən, 55 kq çəkidə Zidan Hünbətov və +90 kq-da Məhəmməd Abdullayev də ilk döyüşünü qələbə ilə başa vurub. Zidan bu gün 1/8 finalda ispaniyalı Rafael Lozano Serrana ilə döyüşəcək.

Məhəmməd isə aprelin 24-də 1/4 final çərçivəsində xorvatiyalı Luka Pratijaciclə döyüşəcək.

Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin