Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Üç qadın güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq

Albaniyanın paytaxtı Tiranada kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 4-cü günü daha 3 qadın güləşçilərimiz mübarizəyə qatılıb.

AGF-dən verilən məlumata görə, hər üç güləşçimiz çempionluq şansını itirsə də, bürünc medal uğrunda görüşə çıxmaq imkanı əldə edib.

57 kq çəkidə güləsən Jalə Əliyeva startda irlandiyalı Yenna Hemiaeyə "tuş"la qalib gəlsə də, 1/2 finalda türkiyəli Elvira Kamaloqluna uduzub - 2:6. Jalə sabah bürünc medal uğrunda görüşə çıxacaq.

62 kq-da döşək üzərinə çıxan Ruzanna Məmmədova 1/8-də Ukrayna təmsilçisi İlona Prokonevniuka qalib gəlsə də (10:0), 1/4 finalda rusiyalı Alına Tandelovaya uduzub - 0:5. Sabah o da üçüncülük uqrunda döşək üzərinə çıxacaq. Onun rəqibi alman Naemi Laysten olacaq.

65 kq çəki dərəcəsində çıxış edən Birgül Soltanovaya gəlincə, startda rəqibini 3:1 hesabla məqlub edən güləşçimiz 1/2 finalda büdrəyib. Birgül bu mərhələdə rusiyalı Amina Kalabiyevlə görüşün əvvəlində  hesabda 8:0 irəlidə olsa da, sonda minimal hesabla  uduzub - 10:11.

Birgül sabah bürünc medal əldə etmək üçün türkiyəli Beyza Akkuşla güləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin