İrəvanda radikallar Türkiyə bayrağını yandırıblar
Ermənistan mediasının məlumatına görə, İrəvandakı Respublika Meydanında etiraz əlaməti olaraq Türkiyə bayrağı yandırılıb.
Respublika Meydanında Tsitskernakaberd xatirə kompleksinə məşəl yürüşü başlayıb.
İllik məşəl yürüşü Erməni İnqilab Federasiyası (ERF) tərəfindən təşkil olunur.
Yürüşdə ERF fəalları, Ermənistan blokunun üzvləri və digər siyasi qüvvələrin nümayəndələri də iştirak edirlər.


