Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan və Maldiv adaları viza rejimini ləğv edib

Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq ediblər.

Maldiv adaları Xarici İşlər Nazirliyi bu barədə sosial mediada məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir: "Maldiv adaları vətəndaşları artıq Azərbaycana vizasız səfər edə və onun ərazisində 90 günə qədər qala bilərlər".

Xatırladaq ki, Azərbaycan və Maldiv Respublikası hökumətləri arasında adi pasport sahibləri üçün vizaların qarşılıqlı şəkildə ləğvi haqqında saziş 24 sentyabr 2025-ci ildə ABŞ-nin Nyu-York şəhərində imzalanıb.

Best coffeeshop in Berlin