Ukraynaya məxsus pilotsuz təyyarə Qazaxıstanın Rusiya sərhədi yaxınlığında qəzaya uğrayıb
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarə Qazaxıstanın Aktobe bölgəsində, Rusiyanın Orenburq vilayəti ilə sərhəd yaxınlığında qəzaya uğrayıb.
Yerli sakinlər qəzaya uğramış pilotsuz təyyarəni sərhədin düz kənarında yerləşən Alimbetovka kəndi yaxınlığında görüblər.
Yerli vaxtla səhər saat 8:30 radələrində (Bakı vaxtı ilə səhər saat 9:30) insanlar ağır bir əşyanın düşməsindən yüksək səs eşidiblər. Qazaxıstan hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Əlavə məlumat verilməyib.


