Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan idmanı yeni zirvələrdə 

 

Avropa çempionları Prezident tərəfindən qəbul olunub

 

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Dövlət başçısı milli komandamızı qazandığı böyük qələbə münasibətilə təbrik edərək, Azərbaycanın güləş ənənələrinin uğurla davam etdiyini, idmançıların gərgin rəqabət şəraitində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib. Prezident İlham Əliyev komanda hesabında birinci yerin əldə olunmasını mühüm nailiyyət kimi qiymətləndirib və bu uğurun ölkədə idmanın inkişafının göstəricisi olduğunu vurğulayıb.
Görüşdə qeyd olunub ki, həm təcrübəli, həm də gənc idmançıların yüksək nəticələri düzgün qurulmuş məşq və seleksiya sisteminin nəticəsidir. Dövlət başçısı federasiya rəhbərliyini, məşqçiləri və idmançıları təbrik edib.
Prezident İlham Əliyev çıxışında beynəlxalq yarışlarda qazanılan qələbələrin ölkədə vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynadığını bildirib, idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Sonra idmançılar çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sərbəst güləşçi Turan Bayramov, yunan-Roma güləşçisi Həsrət Cəfərov və qadın güləşçi Jalə Əliyeva qazandıqları uğurlar və gələcək hədəfləri barədə danışıblar.
Prezident İlham Əliyev yekunda bir daha idmançıları təbrik edib, onlara yeni qələbələr arzulayıb və Azərbaycanın beynəlxalq arenada uğurlarının davamlı olacağına əminliyini ifadə edib.
Ölkəmizdə idmanın inkişafı istiqamətində regionların potensialından daha səmərəli istifadə olunması prioritet olaraq qalır. Bu baxımdan, Masallı rayonunda da idmanın, xüsusilə güləş növünün inkişafı üçün imkanların genişləndirilməsinə çalışırıq. Eyni zamanda, məşqçi-müəllimlərin peşəkarlığının artırılması, daha məsuliyyətli yanaşmanın formalaşdırılması və gənc idmançıların düzgün istiqamətləndirilməsi istiqamətində ardıcıl işlərin aparılması nəzərdə tutulur. Məqsədimiz Masallıdan çıxan idmançıların gələcəkdə beynəlxalq yarışlarda daha uğurlu nəticələr göstərməsinə nail olmaqdır.

 

Sabiq CAHANGİROV,
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı sektorunun müdiri, YAP Masallı rayon təşkilatının fəal üzvü.

 

Best coffeeshop in Berlin