Gənc cüdoçumuz Nihad Məmişov və yeniyetmə Fərid Rzazadə AK-da birinci olub
Gürcüstanın paytaxtı Tbilisidə gənc, İstanbulda (Türkiyə) isə yeniyetmə cüdoçuların Avropa Kuboku keçirilir. Tbilisidə turnirin start günü cüdoçularımız 3 (1-0-2), İstanbulda isə 1 (1-0-0) medal qazanıblar. Tbilisidə bütün görüşlərini qələbə ilə başa vuran Nihad Məmişov (66 kq) qızıl, çıxışını üçüncü yerdə bitirən Ayxan Mirzəzadə (60 kq) və Sadiq İsgəndərli (66 kq) isə bürünc medal qazanıb.
İstanbulda isə Fərid Rzazadə (50 kq) birinci yeri tutmaqla qızıl medala yiyələnib.
İNTİQAM Məmmədov


