Bəhram Şəms:
Müzəffər əsgər marşı
Haydı, irəli, əsgər,
Yolumuz Vətən yolu,
Qarabağ səslər bizi,
Qəlbimiz odla dolu.
.
Addım-addım - irəli!
Zəfər bizim - irəli!
.
Səngərlər keçəcəyik,
Dağları aşacağıq,
Gözlə məni, ey Vətən,
Gözlə, qovuşacağıq.
.
Addım-addım - irəli!
Zəfər bizim - irəli!
.
Biz müzəffər orduyuq,
Sarsılmaz iradəyik,
Birləşib xalqla ordu,
Döyüşdə bir yerdəyik.
Addım-addım - irəli!
Zəfər bizim - irəli!
Bayrağımız ucalır,
Göylərə sancılır bax,
Vətəndən pay verilmir,
Müqəddəsdir bu torpaq.
Addım-addım - irəli!
Zəfər bizim - irəli!
Haydı, irəli, əsgər,
Dayanmaq olmaz artıq,
Yüksəldik addım-addım,
Qarabağı qurtardıq...
Addım-addım - irəli!
Zəfər bizim - irəli!
2022.


